
“Neftçi”nin iki üzvü U-17, daha bir üzvü U-15 millisində
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb. Heyətə “Neftçi” PFK-nın iki üzvü – Murad Məmmədov və Taleh Mahmudzadə dəvət olunub. Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 13-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra AÇ-də iştirak edəcək yekun heyət müəyyənləşəcək.
Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində isə dəyişiklik edilib. Zədəli olduqları üçün Əlibəy Mahmudov (“Sabah”) və Fərid Cabbarov (“Zirə”) heyətdən çıxarılıb. Əvəzində, “Neftçi”nin futbolçusu Əmir Fətiyev toplanışa dəvət olunub.
Qeyd edək ki, komandamızın digər üzvü Elvin Vəliyev də U-15-in toplanışında iştirak edir.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56