
“Neftçi” “Yuventus” və “Beşiktaş”la eyni qrupda
“Neftçi” PFK-nın U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək. Baş məşqçi Vaqif Əliyevin yetirmələri “H” qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.
72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları ilə yanaşı, PSJ (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri yarışacaq.
Qeyd edək ki, “Neftçi” Futbol Akademiyası bu mövsüm artıq 3 beynəlxalq turnirdə iştirak edib. U-17 komandamız avqust-sentyabr aylarında İtaliyanın paytaxtı Romada təşkil olunmuş Skopinyo Kubokunda, U-11 komandamız isə oktyabrda Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “VW Wolf Herbst CUP” və noyabrda Türkiyənin İstanbul şəhərində baş tutmuş Can Bartu beynəlxalq turnirində qüvvəsini sınayıb.
Tövsiyə olunur
-
3 futbolçumuz U-16 milli komandasında
Akademiya 14 iyun 2025, 18:00 -
Akademiyamızda seleksiya məşqləri üçün qeydiyyat bitdi, saatlar dəqiqləşdi
Akademiya 8 iyun 2025, 10:00 -
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 2 iyun 2025, 13:15 -
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33