
“Neftçi” – “Keşlə” matçını Rauf Cabarov idarə edəcək
7 mart 2021, 21:30
Premyer Liqada 19-cu turun təyinatları açıqlanıb. “Neftçi” – “Keşlə” oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Cavanşir Yusifov və Nahid Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Bəhram Qurbanov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu martın 8-i saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.