
“Neftçi”nin hazırlıq planında dəyişiklik olub
“Neftçi” PFK-nın yeni mövsümə hazırlıq planında dəyişiklik olub. Təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək. Texniki səbəblərə görə “Neftçi” Sloveniyaya ayın 18-də yola düşəcək.
Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu baş tutacaq. “Neftçi” iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib. Bu haqda daha sonra məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.
Tövsiyə olunur
-
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58 -
Mövsümü 6-cı yerdə başa vurduq
A Komanda 24 may 2025, 21:32