
Sabir Buqrin Tunis klubuna transfer olundu
10 yanvar 2022, 22:00
“Neftçi” PFK futbolçu Sabir Buqrini Tunisin “Esperans” klubuna satıb. 25 yaşlı mərakeşli yarımmüdafiəçi bundan sonra son Tunis çempionunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin iyulunda “Neftçi”yə transfer olunub. O, 37-si çempionat, 2-si kubok, 10-u avrokubok olmaqla 49 matçda ağ-qara formanı geyinib, 6 (4-ü çempionat, 2-si avrokubok) qola imza atıb və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58