
“Zirə” ilə oyun Zirə İdman Kompleksinin stadionunda keçiriləcək
Bildiyiniz kimi, “Neftçi Arena”da kiçik renovasiya işləri başlanmışdı, amma hava şəraitinin gözləniləndən daha soyuq və yağışlı keçməsi səbəbindən otun inkişafında gecikmə oldu.
Buna görə də futbolçuların zədə almaması, oyunun yüksək səviyyədə təşkil olunması ilə əlaqədar “Neftçi” PFK Premyer Liqanın 7-ci turunun “Zirə” klubu ilə matçının sentyabrın 23-də “Neftçi Arena”da deyil, Zirə İdman Kompleksinin stadionunda keçirilməsi üçün qarşı tərəfə müraciət edib və müsbət cavab alıb. Anlayışına görə “Zirə” klubunun rəhbərliyinə təşəkkürümüzü bildirir və qeyd edirik ki, Peşəkar Futbol Liqası “Neftçi” PFK-nın müraciətini və “Zirə” FK-nın razılığını nəzərə alaraq, 7-ci turun “Zirə” – “Neftçi” matçı ilə 15-ci turun “Neftçi” – “Zirə” görüşünün yerinin dəyişdirilməsinə qərar verib.
“Zirə” – “Neftçi” oyunu sentyabrın 23-ü saat 20:30-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54