
“Neftçi”nin 3 üzvü Şotlandiya, Niderland və Uelsə qarşı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Avqustun 31-dən Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq milliyə “Neftçi” PFK-nın 3 üzvü – Məhəmməd Məmmədli, Mirşahbaz Şahbazov və Murad Məmmədov dəvət alıb.
Qeyd edək ki, İspaniyadakı hazırlıq müddətində 3 yoldaşlıq görüşü keçirəcək U-19 milli komandamız sentyabrın 4-də şotlandiyalı, 6-da niderlandlı, 9-da isə uelsli yaşıdları ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56