
Filip Ozobiçlə müqavilə yenilənmədi
24 iyun 2025, 10:50
“Neftçi” PFK Filip Ozobiçlə başa çatan müqaviləni yeniləməyib. Təcrübəli futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.