Sənan Qurbanov
-
Çalışmağa başladığı il:
2023
-
Ölkə:
Azərbaycan
-
Doğum tarixi:
04.08.1980
Sənan Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış mütəxəssis 2021-2022 illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.
2023-cü ilin avqustundan 2024-cü ilin oktyabrınadək A komandamızın məşqçilər korpusunda yer alıb.