Haqqında

“Palms Sports” International Holding Company (IHC) şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılıb və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən idman menecmenti və təlim şirkətidir. IHC-Palms Sports son illərdə bir çox yeni strateji tərəfdaşlıqlar imzalayaraq brendin idman və biznes sahəsində nüfuzunu dəfələrlə artırıb.

Haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

Haqqında

“Kappa” şirkəti 1916-cı ildə “Societa Anonima Calzificio Torinese” adı altında yaradılıb. Qərargahı İtaliyanın Turin şəhərində yerləşir. Futbolla yanaşı, digər idman növlərində də bir sıra milli komanda və klublarla əməkdaşlıq edən “Kappa” 2016-2018-ci illərdə “Neftçi”nin tərəfdaşı olub.

Haqqında

“Sea Breeze” 2006-cı ildə təsis edilib və ilkin olaraq hotel, restoran və kiçik çimərlikdən ibarət olub. İndi isə şirkət 500 hektar ərazini əhatə edir, həmçinin tikilməkdə olan və hazır 50-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 7 km çimərlik ərazisini və 300 hektar yaşıl sahəsini birləşdirir.

Haqqında

“Coffee Bar” ölkəmizdə qəhvə mədəniyyətinə yönəlik geniş məhsul və xidmət çeşidi təqdim edən, qəhvə mağazaları, kafe və restoranlar üçün peşəkar həllər təklif edən qəhvə ekosistemidir.

Haqqında

“Liv Bona Dea Hospital” Azərbaycanın paytaxtı Bakıda yerləşir. Əlverişlilik “Liv Bona Dea Hospital”ın üstünlüklərindən biridir. Bununla belə, xəstəxananın ən böyük üstünlüyü investorların Xəzər regionunda güclü, yeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxananın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyir. “Liv Bona Dea Hospital” JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyası ilə fəaliyyət göstərir. Bu qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. “Liv Bona Dea Hospital” xəstəxananın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açan beynəlxalq xəstəxanadır.

Haqqında

2005-ci ildən fəaliyyət göstərən GESCO müasir texnologiyalardan istifadə edərək ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatlarına uyğun xidmət göstərən şirkət olaraq tanınır. Şirkət ölkəmizin müxtəlif bölgələrində 3000-dən çox peşəkar heyətlə 500-dən artıq layihədə mühafizə xidmətlərini müvəffəqiyyətlə təşkil edir. GESCO geniş təcrübəsi, yerli və beynəlxalq standartlara cavab verən xidmət keyfiyyətinə malikdir.