
Bruno Teluşi: “Əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm” (VİDEO)
“Neftçi” PFK-nın yeni transferi Bruno Teluşi “Neftçi TV”yə müsahibə verib. Albaniyalı futbolçu komandanın uğurlarında pay sahibi olmaq istədiyini bildirib:
“Neftçi” kimi komandaya gəldiyim üçün çox şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam. Bilirəm ki, “Neftçi”nin tarixində ilk albaniyalı futbolçuyam. Bu çox əlamətdar hadisədir. Albaniyanın bu klubdakı ilk təmsilçisi kimi komandanın uğurlu çıxış etməsi üçün maksimum çalışacam. Mən bura əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm. “Neftçi”nin uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacam ki, komanda mümkün qədər çox qələbə və çempionluq qazansın”.
Tövsiyə olunur
-
Samir Abasov: “İlk iki yoxlama oyunumuz fiziki yükləmələr altında keçəcək”
Müsahibə 16 iyul 2025, 23:55 -
Samir Abasov: “Hazırda danışıq apardığımız bir neçə futbolçu var”
Müsahibə 4 iyul 2025, 23:00 -
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30