
Xoş gəldin, Sessi D’Almeyda!
5 iyun 2025, 12:00
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D’Almeyda artıq “Neftçi” ailəsinin üzvüdür. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon Limassol”da (Kipr) keçirib.
34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.