
Su İdman Sarayında hazırlıq
6 iyul 2025, 20:00
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Komandamızın üzvləri baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar. Futbolçularımızın bugünkü məşqi Su İdman Sarayında baş tutub.
Qeyd edək ki, Bakı toplanışı iyulun 14-dək davam edəcək. Hazırlığın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “Neftçi” orada 4 yoxlama görüşü keçirəcək.