
Yeni transferimiz məşqlərə qoşuldu
30 iyul 2025, 16:50
“Neftçi” Polşa təlim-məşq toplanışını davam etdirir. Keltse şəhərindəki “Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” toplanışın 16-cı günündə səhər məşqinə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən, əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində yeni transferimiz – hücumçu Alessio Kurçi də iştirak edib.
Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Sonuncu oyunumuz avqustun 1-də Kiprin AEL klubuna qarşı keçiriləcək.