
Ömər Buludov: “Doğma komandamda qaldığım üçün sevinirəm”
“Neftçi”nin yetirməsi Ömər Buludov müqaviləsinin artırılması ilə bağlı təəssüratlarını bölüşüb. Gənc futbolçu klubun rəsmi saytına müsahibəsində azarkeşsiz oynamağın çox çətin olacağını bildirib.
- “Neftçi” ilə daha 1 illik müqaviləyə imza atdınız. Yetirməsi olduğunuz klubda qalmaq sizin üçün nə deməkdir?
- Məncə, artıq bir söz deməyə ehtiyac yoxdur. Hamı bilir ki, “Neftçi” kimi klubun yetirməsi və əsas heyətin üzvü olmaq böyük şərəfdir. Doğma komandamda qaldığım üçün sevinirəm.
- Koronavirus pandemiyasına görə yaranmış uzun fasilə futbolçuların formasına təsirsiz ötüşməyə bilməz. Bəs siz formanızı nə dərəcədə qoruyub saxlaya bilmisiz?
- Mümkün qədər formada qalmağa çalışmışam. Bunun üçün evdə də olsa, məşqlərimi dayandırmırdım.
- İyunun 21-də Premyer Liqa matçları bərpa olunacaq. Azarkeşsiz oynamaq nə qədər çətin olacaq?
- Əlbəttə, azarkeşsiz oynamaq çox çətin olacaq. Azarkeş bizim 12-ci oyunçumuzdur. Onları yenidən tribunada görmək çox xoş olardı. Ümid edirəm ki, azarkeşlərin oyunlara gəlib bizə dəstək olmaqlarına tezliklə icazə veriləcək.
- Mövsümün son 8 oyunundan nə gözləyirsiz?
- Çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. Xal fərqini nəzərə alsaq çətin olacaq, amma heç kim düşünməsin ki, ikinci yerlə barışmışıq. Komandamıza güvənirəm, sonadək mübarizə aparacağıq.
Tövsiyə olunur
-
Samir Abasov: “İlk iki yoxlama oyunumuz fiziki yükləmələr altında keçəcək”
Müsahibə 16 iyul 2025, 23:55 -
Samir Abasov: “Hazırda danışıq apardığımız bir neçə futbolçu var”
Müsahibə 4 iyul 2025, 23:00 -
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30