
“Neftçi” “Keşlə”yə qalib gəldi
“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 19-cu turda “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. “Ağ-qaralar”ın qollarından ikisini Namik Ələskərov (6-cı və 64-cü dəqiqələr – penaltidən), birini Ömər Buludov (19-cu dəqiqə) vurub. Rəqibin heyətində isə Azər Salahlı (81-ci dəqiqə) fərqlənib.
Qeyd edək ki, “Neftçi” 19 oyundan 39 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 24.Yusuf Laval (10.Saman Nərimancahan, 87), 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz (22.Mirabdulla Abbasov, 82), 29.Sabir Buqrin, 36.Mamadu Kane.
Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 20.Mert Çelik, 37.Vüsal Əsgərov, 70.Asim Əlizadə, 72.Emin Zamanov, 80.İsmayıl Zülfüqarlı, 87.Nazim Məmmədzadə, 91.Tallison Dias.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54