
Saman Nərimancahanla müqaviləyə xitam verildi
14 mart 2021, 21:30
“Neftçi” PFK yarımmüdafiəçi Saman Nərimancahanla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçuya xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!
Qeyd edək ki, keçən ilin yanvarında “Neftçi”yə keçən Nərimancahan “ağ-qara” formada 22 oyunda meydana çıxıb, 1 qol vurub.