
“Neftçi”də yeni məşqçi
“Neftçi” PFK-nın məşqçilər korpusuna yeni təyinat olub. Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb. Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54