
“Neftçi” ilk turda “Şamaxı” ilə qarşılaşacaq
Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan püşkün nəticəsinə görə “Neftçi” ilk turda səfərdə “Şamaxı” klubu ilə qarşılaşacaq.
Sonda ilk 3 turun təqvimi açıqlanıb. Komandamız 2-ci turda “Kəpəz”i qəbul edəcək, 3-cü turda isə “Sabah”ın qonağı olacaq.
Qeyd edək ki, 36 turdan ibarət olacaq Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də start götürəcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00