
“Neftçi” yoxlama oyunu keçirib
“Neftçi” yoxlama oyunu keçirib. Komandamız “Qəbələ” ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və “Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda “ağ-qaralar” 1:2 hesabı ilə məğlub olub. “Neftçi”nin heyətində 73-cü dəqiqədə penaltidən Vato Arveladze fərqlənib. “Qəbələ”nin qollarını isə Ramon Maçado (37-ci dəqiqə) və Omar Hani (64-cü dəqiqə) vurublar.
“Neftçi”: 1.İvan Brkiç, 2.Mert Çelik, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 37.Elton Əlibəyli, 92.Ömər Qurbanov, 18.Vato Arveladze, 5.Kenni Sayef, 21.İsmayıl Zülfüqarlı, 9.Mateus Saldanya, 22.Kilan Lebon.
Ehtiyat oyunçular: 30.Aqil Məmmədov, 94.Əlirza Müştəbazadə, 17.Rəhman Hacıyev, 20.Vüsal Əsgərov, 41.Samir Həsənov, 44.Seymur Əliyev, 57.Bahadur Quliyev, 77.Yeqor Boqomolski, 78.Elcan Əbilov, 87.İbrahim Novruzov, 97.Elşad Tağıyev.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada yaranmış fasilə bitəndən sonra ilk rəsmi oyununa aprelin 1-də çıxacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” ilə görüş saat 19:30-da başlanacaq.
Tövsiyə olunur
-
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58 -
Mövsümü 6-cı yerdə başa vurduq
A Komanda 24 may 2025, 21:32