
Sabir Buqrin: “Komandamıza inamım böyükdür”
28 avqust 2020, 00:35
“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin “Şkupi” üzərində qələbə haqda fikirlərini bildirib. Ağ-qara formada ilk qolunu vuran Mərakeş əsilli belçikalı futbolçu gözəl hisslər keçirdiyini deyib:
“Çətin oyun idi, amma qələbə qazandığımız üçün gözəl hisslər keçirirəm. Rəqib bütün komanda ilə arxaya çəkilmişdi. Buna görə də qol vurub onların qapanmasının qarşısını almalı idik ki, bunu da bacardıq. Komandamıza inamım böyükdür. İnanın ki, əgər biz komanda şəklində oyuna tam köklənsək, rəqibin kimliyindən asılı olmayaraq qalib gələrik”.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31