
İkinci yoxlama oyunumuzun vaxtı dəqiqləşdi
20 iyul 2025, 23:54
“Neftçi” iyulun 22-də Polşa təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. “Ağ-qaralar” yerli “Termalika Nyeçetşa” klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.