
Roman Qriqorçuk: “Göstərdiyimiz oyuna görə üzr istəyirəm”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Zirə” klubu ilə 6-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Strateji olaraq ilk dəqiqədə qol buraxmaq heç də xoş deyil. Futbolda belə hallar olur. Heç bir halda bugünkü kimi oynamamalıyıq. İstədiyimiz oyunu göstərə bilməmək üçün heç bir şey bizi bu qədər sarsıda bilməz. Demişdim ki, çempionatda yaranmış fasilə bizə kömək edəcək və bundan sonra daha yaxşı çıxış edəcəyik, amma verdiyim sözü tuta bilmədim. Həm buna, həm də göstərdiyimiz oyuna görə üzr istəyirəm. Çünki belə oynamaq olmaz. Matçdan matça sağlamlığımı itirirəm. Azarkeşlər qarşısında bu cür oyun göstərmək pisdir. Halbuki komandamızın daha yaxşı oynaması üçün kifayət qədər potensialı var”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31