
Samir Abasov: “Bu qələbə bizim üçün çox önəmli idi, mübarizəmiz davam edir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Səbail” klubu ilə 27-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Birinci hissədə yaxşı oynayıb, hücumlar edib iki qol vurduq. Fasilədən sonra da döyüşməli olduq. Niyə müdafiədə olmağımızla bağlı tənqid ola bilər, amma uşaqlar sınaqdan üzüağ çıxdılar. Rəqibə çox epizod vermədik. Futbolçularımız sona qədər mübarizə apardılar. Bu qələbə bizim üçün çox önəmli idi, mübarizəmiz davam edir. Milli fasilə zədəli oyunçularımızın sağalması baxımından kömək olacaq, lakin heç bir komanda belə fasilələrlə razı olmur. Çünki yaxaladığın tempdən düşə bilərsən. Fasilənin mənfi tərəfləri var”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58