“Neftçi-2” Şamaxıda heç-heçə etdi

8 aprel 2025, 19:03

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 29-cu turda “Şamaxı-2” ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda baş tutan matçda qapılara qol vurulmayıb.

Qeyd edək ki, xal itkisinə baxmayaraq, “Neftçi-2” 59 xalla turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini qoruyub.