“Neftçi-2” Əvəzedicilər Liqasının gümüş medallarını qazandı

23 may 2025, 20:59

“Neftçi-2” Əvəzedicilər Liqasında mövsümdəki son oyununu keçirib. “Ağ-qaralar” 36-cı turda “Sabah-2” ilə heç-heçə edib – 2:2. “ASK Arena”da baş tutan matçda komandamızın qollarını Murad Məmmədov (10-cu dəqiqə) və Həbib İsmayılov (15-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Nihat Cabbarov (75-ci dəqiqə) və Ramil Nuraxmedov (81-ci dəqiqə) fərqləniblər. 54-cü dəqiqədə futbolçumuz Ağadadaş Salyanski qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız oyunu azlıqda davam etdirib.

Bununla da mövsümü 69 xalla başa vuraraq, “Sabah-2” ilə eyni xal toplayan “Neftçi-2” qələbə sayının azlığına görə 2-ci yeri tutaraq, gümüş medallar qazanıb.