Samir Abasov: “Kubok matçına karyeramızdakı son oyun kimi çıxmalıyıq”

13 aprel 2025, 22:31

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Zirə” klubu ilə 30-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Hesabda irəlidə ol, nə qədər qol epizodu yarat, sonda isə qələbəni əldən ver. Bu gün iki qol vurduq, üstəlik, təkbətək çıxdığımız şansı qaçırdıq... 2:1 öndəsən, top səndədir, son nöqtəni qoyub hücumu bitirməlisən, amma sən topu itirirsən və əks-hücumda qol buraxırsan. Ümumiyyətlə, bizə qarşı olan nüanslar çoxdur, amma bunu indi aradan qaldıra bilmirik. Kuboku qazanmaq şansımız qalıb. Orada daha başqa motivasiya ilə oynamalıyıq. Kubok matçına karyeramızdakı son oyun kimi çıxmalıyıq. İnşallah, yaxşı nəticə qazanacağıq”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: