
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 32-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“İlk dəqiqələrdən oyuna diktə etməyə çalışırdıq. Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq. 3-4 dəfə elə alındı ki, pressinq edəndən sonra topu ələ keçirdik. Həmin epizodlarda 3-ün 2-yə, 4-ün 2-yə qalmışdıq və düz qərar verilsəydi, bir qol vura bilərdik. Amma qapımızda gördüyümüz bir hücumda, səhv edib qol buraxdıq. Çox vaxt biz hesabda öndə olub qollar buraxırdıqsa, bu gün 0:2 geridə olsaq da, hücumlar yaratdıq, qollar vurub heç-heçə etdik. Futbolçulara təşəkkür edirəm. Düzdür, “Neftçi” olaraq qalib gəlməliydik, amma futbolçular əlindən gələni etdilər. Bəli, mövsümün sonunda necə olacağını indidən bilmək olmaz, amma komandamızın üzvlərindən heç kimin ixtiyarı yoxdur ki, təslim olsun. Bununla belə, indiki halda futbolçuları oyunlara kökləmək çətindir. Neyləmək olar, bu, futboldur, hər bir səhvimizdən dərs çıxarmalı, daha da yaxşı olmalıyıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: