
Yüksək Qızlar Liqasının ikiqat çempionuyuq!
Qızlardan ibarət komandamız Yüksək Qızlar Liqasında ardıcıl ikinci dəfə Azərbaycan çempionu olub. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 3 tur qalmış “Dirçəliş” üzərində 3:0 hesablı qələbə qazanmaqla çempionluğu rəsmiləşdirib. “Neftçi” Futbol Mərkəzində keçirilən oyunda qollardan ikisini Xanım Əsədova, birini isə Ayşən Salamzadə vurublar.
Qeyd edək ki, 12 oyundan sonra 36 xal toplayan “Neftçi” sona 3 tur qalmış turnir cədvəlindəki ən yaxın izləyicisini 10 xal geridə qoyur.