
Yüksək Qızlar Liqasının ikiqat çempionuyuq!
Qızlardan ibarət komandamız Yüksək Qızlar Liqasında ardıcıl ikinci dəfə Azərbaycan çempionu olub. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 3 tur qalmış “Dirçəliş” üzərində 3:0 hesablı qələbə qazanmaqla çempionluğu rəsmiləşdirib. “Neftçi” Futbol Mərkəzində keçirilən oyunda qollardan ikisini Xanım Əsədova, birini isə Ayşən Salamzadə vurublar.
Qeyd edək ki, 12 oyundan sonra 36 xal toplayan “Neftçi” sona 3 tur qalmış turnir cədvəlindəki ən yaxın izləyicisini 10 xal geridə qoyur. Bununla da “ağ-qaralar” ardıcıl ikinci dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
Tövsiyə olunur
-
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50