“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır

13 avqust 2025, 19:10

“Neftçi” “Sea Breeze” şirkəti ilə əməkdaşlığa start verir. Anlaşmaya əsasən, “Neftçi store” stendi “Sea Breeze” ərazisində satış fəaliyyəti göstərəcək. Bundan əlavə, orada müxtəlif sosial tədbirlərin birgə təşkili nəzərdə tutulub. Eyni zamanda, şirkət klubun qonaqlarının “Sea Breeze”də qonaqlamasını təmin edəcək.

“Sea Breeze” 2006-cı ildə təsis edilib və ilkin olaraq hotel, restoran və kiçik çimərlikdən ibarət olub. İndi isə şirkət 500 hektar ərazini əhatə edir, həmçinin tikilməkdə olan və hazır 50-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 7 km çimərlik ərazisini və 300 hektar yaşıl sahəsini birləşdirir.