Çempionlar Liqasında Türkiyə klubuna məğlub olduq

30 iyul 2025, 22:20

Qadın futbolçulardan ibarət komandamız UEFA Çempionlar Liqası oyununa çıxıb. IV qrupda mübarizə aparan “Neftçi” I təsnifat mərhələsində Türkiyənin “ABB Fomget” klubu ilə yarımfinal matçında qarşılaşıb. Albaniyada – Tirana stadionunda baş tutan görüş baş məşqçi Siyasət Əsgərovun yetirmələrinin 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Bununla da “ağ-qaralar” mübarizəni dayandırıb. Türkiyə təmsilçisi isə avqustun 3-də İsrailin “Kiryat Qat” klubu ilə final oyununda üz-üzə gələcək.