
Çempionlar Liqası mövsümündə ilk oyunumuz
30 iyul 2025, 10:00
Qadın futbolçulardan ibarət komandamız bu mövsüm UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək. IV qrupda mübarizə aparacaq “Neftçi” I təsnifat mərhələsində Türkiyənin “ABB Fomget” klubu ilə yarımfinal matçına çıxacaq.
Albaniyada – Tirana stadionunda baş tutacaq görüş bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Cütün qalibi avqustun 3-də İsrailin “Kiryat Qat” klubu ilə final oyununda üz-üzə gələcək.
Qeyd edək ki, baş məşqçi Siyasət Əsgərovun yetirmələri ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.