
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Əfsanəvi futbolçumuz Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində qonağımız olublar. Qonaqları “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer qəbul edib.
Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib. Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, klubumuz tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.
Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına klubumuz tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.
Tövsiyə olunur
-
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50 -
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Klub 31 iyul 2025, 00:15