
Kazbek Tuayev
-
Dönəm:
Baş məşqçi, 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004
-
Vətəndaşlığı:
Azərbaycan
-
Doğum tarixi:
13.11.1940
Kazbek Tuayev 1940-cı il noyabrın 13-də anadan olub.
Futbolçu kimi 1961-1971 illər ərzində “Neftçi”nin heyətində 298 oyun keçirdib, 60 qol vurub. 1966-cı ildə komandamızın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.SSRİ milli komandamızda da çıxış edib və 3 dəfə ittifaqın ən güclü 33 futbolçusunun siyahısına düşüb.
1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə “Neftçi”nin baş məşqçisi olmuş Tuayev 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. Futbol tariximizdə avrokuboklarda ilk qələbəni Kazbek Tuayevin başçılıq etdiyi “Neftçi” 1996-cı ildə Sofiya “Lokomotiv”i üzərində qazanıb – 2:1. Elə həmin il Tuayevin baş məşqçisi olduğu milli komandamız İsveçrəni 1:0 hesabı ilə məğlubiyyətə uğradaraq rəsmi oyunlarda ilk qalibiyyətini əldə edib.