
Antalyada hazırlığın 9-cu günü tamamlandı
Təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirən "Neftçi” çalışmaları davam etdirir. Komandamız bu gün yeni təyin olunmuş baş məşqçi Füzuli Məmmədovun rəhbərliyi altında iki məşqə çıxıb. İsinmə hərəkətlərindən sonra ötürmələri, "kvadrat” oyununu və taktiki çalışmaları yerinə yetirən komanda üzvləri məşqi ikitərəfli oyunla tamamlayıb.
Qeyd edək ki, "ağ-qaralar” Bakı vaxtı ilə sabah saat 18:00-da "Gloria Sports Arena”da Kiyev "Dinamo”su ilə yoxlama görüşü keçirəcək. "Neftçi” daha bir sınaq matçını isə yanvarın 24-ü "Arslan Zeki Spor Kompleksi”ndə digər Ukrayna klubu "Desna”ya qarşı keçirəcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00