
“Neftçi”nin yeni mövsümə hazırlıq planı
“Neftçi” PFK 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verir. “Ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.
Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komandamız bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.
Tövsiyə olunur
-
“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”
A Komanda 16 avqust 2025, 23:40 -
Mövsümə qollu heç-heçə ilə başladıq
A Komanda 16 avqust 2025, 23:02 -
İlk turun hazırlığını başa vurduq
A Komanda 15 avqust 2025, 21:12 -
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45