İlk turun hazırlığını başa vurduq

15 avqust 2025, 21:12

Misli Premyer Liqasının 1-ci turunda qarşılaşacağımız “Şamaxı” klubu ilə matçın hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Futbolçumuz Edvin Kuç cəzalı olduğu üçün bu görüşü buraxacaq.

Qeyd edək ki, avqustun 16-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.