Mövsümün ilk matçının hazırlığı davam edir

10 avqust 2025, 23:55

Yeni mövsümdə Misli Premyer Liqasının ilk turunda qarşılaşacağımız “Şamaxı” klubu ilə oyunun hazırlığı davam edir. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində növbəti məşqinə çıxıb.

Qeyd edək ki, avqustun 16-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.