
AEL-lə matçın hazırlığı başa çatdı
31 iyul 2025, 21:10
“Neftçi” Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamızın üzvləri Kiprin AEL klubuna qarşı sabah keçirəcəyi yoxlama oyunundan əvvəl son məşqə çıxıblar.
Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 16:00) başlanacaq matç Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
Tövsiyə olunur
-
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00 -
Polşadakı sonuncu oyunumuzun vaxtı müəyyənləşdi
A Komanda 31 iyul 2025, 17:00 -
Yeni transferimiz məşqlərə qoşuldu
A Komanda 30 iyul 2025, 16:50 -
“Asteras Tripolis” ilə yoxlama oyunumuz ləğv olundu
A Komanda 27 iyul 2025, 19:30