
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
“Neftçi” Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıb. Byalobjeq şəhərində yerləşən “Mieyski” stadionunda baş tutan matçda heç-heçə qeydə alınıb – 2:2. Komandamızın qollarını Bassala Sambu (18-ci dəqiqə) və Ramil Şeydayev (90-cı dəqiqə) vurublar. Rəqibin heyətində isə Andreas Filiotis (7-ci dəqiqə) və Lyuter Sinq (50-ci dəqiqə) fərqləniblər.
Start heyət: 1.Emil Balayev, 6.Sessi D’Almeyda, 8.Emin Mahmudov (K), 9.Bassala Sambu, 10.Freddi Varqas, 14.Edvin Kuç, 15.Elvin Bədəlov, 17.Murad Xaçayev, 22.Luis Ortis, 23.Cordan Rezabala, 28.Alessio Kurçi.
Meydana sonradan daxil olanlar: 24.Mustafa Sek, 27.Kristian Kostin, 4.Elvin Camalov, 7.Emil Səfərov, 25.Aleks Fernandes, 90.Ramil Şeydayev.
Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu. Komandamızın üzvləri sabah Bakıya qayıdacaqlar.