Polşadakı sonuncu oyunumuzun vaxtı müəyyənləşdi

31 iyul 2025, 17:00

“Neftçi” avqustun 1-də Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək. “Ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 16:00) start götürəcək matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.