
Emin Mahmudov: “Sonadək mübarizə aparmalıyıq”
“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına açıqlama verib. “Sabah”la cavab oyununda 1 qol və 2 məhsuldar ötürmə ilə komandamızın yarımfinala adlamasına böyük töhfə verən yarımmüdafiəçi ard-arda qolların rəqibi şoka saldığını bildirib:
“Sabah” yaxşı komandadır, rəqibin yaxşı baş məşqçisi var. Buna görə də bizim üçün ağır oyun oldu. İlk hissədə rəqibə çox boşluq verdik və ikinci hissəyə 0:1 hesabı ilə məğlub başladıq. Artıq itirməyə heç nə yox idi və biz fasilədən sonra döyüşə atıldıq, nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Vaxtında ilk qolu vurduq. Dərhal sonra ikinci qol gəldi və bu, demək olar ki, rəqibi şoka saldı. Təbii ki, hesabda geri düşəndən sonra da kuboku əldən verəcəyimiz haqda düşünmürdük, amma “Sabah” bizi həmişəkindən çox müdafiə olunmağa vadar edirdi. Kubok bizim üçün vacibdir, amma çempionatda da xallar qazanmalıyıq. Rəqiblərimizi çox irəli buraxmamalıyıq. Çempionluq çətin görünsə də, sonadək mübarizə aparmalıyıq”.
Tövsiyə olunur
-
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31 -
“Seleksiya işlərinə çoxdan start verilib, növbəti mövsüm üçün yaxşı komanda quracağıq”
A Komanda 24 may 2025, 22:58