
“Neftçi” Gənclər Liqasında əzmkar qələbə qazandı
“Neftçi” Gənclər Liqasının 25-ci turunda əzmkar qələbə qazanıb. Komandamız “Zirə” ilə oyunun gedişində 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, sonda qalib gəlib – 4:3. Ali Neft Akademiyasının stadionunda baş tutan matçda “ağ-qaralar”ın qollarından ikisinə Ağadadaş Salyanski, hərəyə birinə isə Aşqin Abazərov və Oruc Məmmədov imza atıblar.
Qeyd edək ki, “Neftçi” hazırda 23 oyundan 56 xalla 1-ci yeri tutur. 53 xalla 2-ci olan “Qəbələ” isə iki oyun az keçirib.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56