
4 futbolçumuz U-17 milli komandasında!
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq. Toplanışa “Neftçi” PFK-nın 4 üzvü – Nurəziz Əzizov, İsmayıl Səfərli, Sahib Xəlilli və Ramin Abiyev dəvət olunublar.
Millimiz aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində iştirak edəcək. U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.