
“Neftçi” II “Ulduz Cup” beynəlxalq turnirinin qalibidir!
“Neftçi” 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirinin qalibi olub. Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən yarışın final matçında komandamız Özbəkistanın “Paxtakor” klubunu oyunsonrası penaltilərdə məğlub edərək kuboka sahib çıxıb – 1:1; 5:4 – pen.
Kubok və qızıl medalları mükafatçılara Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Ulduz” FA-nın direktoru Mehman Əlimov təqdim ediblər.
Qeyd edək ki, 7 ölkədən 12 komandanın qatıldığı turnirin qrup oyunlarında “Sabah” (0:0), Qazaxıstanın “Şaxtyor Qaraqanda” (1:1) və Özbəkistanın “Paxtakor” (1:0) klubları ilə qarşılaşan “Neftçi” 1/4 finalda Özbəkistan “Bunyodkor”unu (1:0), yarımfinalda isə Tbilisi “Dinamo”sunu (0:0; 5:4 – pen.) məğlub etmişdi.
Tövsiyə olunur
-
5 futbolçumuz U-17 milli komandasında
Akademiya 12 avqust 2025, 14:14 -
3 futbolçumuz U-16 milli komandasında
Akademiya 14 iyun 2025, 18:00 -
Akademiyamızda seleksiya məşqləri üçün qeydiyyat bitdi, saatlar dəqiqləşdi
Akademiya 8 iyun 2025, 10:00 -
“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə start verir
Akademiya 2 iyun 2025, 13:15