
“Neftçi” yeni baş məşqçi ilə ilk məşqə çıxdı
22 iyun 2022, 20:44
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. “Ağ-qaralar” bu gün yeni baş məşqçi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb. “Neftçi TV” vasitəsilə canlı yayımlanan və “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, komandanın tam heyətlə olmadığı məşqdə yeni köməkçi məşqçi Viorel Dinu və fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu da iştirak ediblər.
Tövsiyə olunur
-
Dembo Darbo ilə müqaviləyə xitam verildi
A Komanda 16 iyun 2025, 19:30 -
İki futbolçu ilə müqaviləyə xitam verildi
A Komanda 4 iyun 2025, 12:03 -
7 futbolçu ilə müqavilə müddəti uzadılmadı
A Komanda 31 may 2025, 12:00 -
Ağadadaş, Murad və Elcan U-21 milli komandamıza dəvət olundular
A Komanda 25 may 2025, 13:31