
Mirabdulla Abbasovla müqaviləyə xitam verilib
1 sentyabr 2022, 17:25
“Neftçi” PFK hücumçu Mirabdulla Abbasovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abbasov 2015-2016, 2017-2022-ci illər ərzində ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.