
“Qarabağ” – “Neftçi” matçına Rəvan Həmzəzadə təyin olundu
Premyer Liqada 8-ci turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi Elgiz Abbasov, VAR hakimi Nicat İsmayıllı, VAR hakiminin köməkçisi Fərid Hacıyev olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu oktyabrın 1-i saat 18:00-da “Azersun Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Çalışırıq, futbolçuları məşqlərə, matçlara hazırlayaq və bacardığımız qədər yaxşı oynayaq”
A Komanda 4 may 2025, 23:21 -
“Kəpəz”lə qollu heç-heçə
A Komanda 4 may 2025, 22:52 -
“Kəpəz”lə oyunöncəsi son məşq
A Komanda 3 may 2025, 20:39 -
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54