
U-11 komandamız Almaniyada “Gold” qrupunda 10-cu oldu
Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə yekun vurulub. “Neftçi” PFK-nın U-11 komandası yarışın ikinci günündə 6 komandalı qrupda son üç oyununu keçirib. Baş məşqçi Mahmud Əhmədovun yetirmələri Almaniyanın “Hessen Kassel” (0:1) və “Ayntraxt Dortmund” (3:4) klublarına məğlub olsalar da, “Ratingen”ə qalib gələrək (2:1) “Gold” qrupunda 12 komanda arasında 10-cu yeri tutublar.
Qeyd edək ki, yarışın ilk günündə Almaniya “Vuppeltaler”inə 4:1 hesabı ilə qalib gələn “Neftçi” bu ölkənin “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olaraq “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutmuş, bununla da səviyyəcə “Champions”dan sonra ikinci olan “Gold” qrupunda mübarizə aparmaq hüququ qazanmışdı. Burada isə “Hamburq”a 0:3 hesabı ilə uduzan U-11 komandamız Almaniyanın başqa bir klubu “Paderborn”a 2:1 hesabı ilə qalib gəlmişdi.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 9 aprel 2025, 20:33 -
4 futbolçumuz qızlardan ibarət U-17 milli komandasında!
Akademiya 6 mart 2025, 14:09 -
U-17 komandamız Türkiyədə sonuncu yoldaşlıq görüşünü keçirib
Akademiya 14 fevral 2025, 21:06 -
U-17 komandamız Türkiyədə “Beşiktaş”la qarşlaşıb
Akademiya 12 fevral 2025, 21:56